HR 360

Persona360 xüsusi kompüter alqoritmi ilə işləyən və yalnız sizin şirkətə məxsus , Mizac Enneagram bazalı əməkdaş tanıma və dəyərləndirmə sistemidir.
Persona360 Mizac Enneagram modelinə əlavə olaraq istifadə olunan 180 alt test parametri ilə əməkdaşlarınızın fərdi xüsusiyyətlərini, şirkət və şöbə uygunluqlarını analiz edir.
Bu təhlillər elmi metodlar və xüsusi statistik modellərlə tamamilə online həyata keçirilir. Üstəlik, smart (ağıllı) sorğu texnologiyasından istifadə edilərək, bənzərlərindən fərqli olaraq, əməkdaşlar haqqında daha qısa müddətdə geniş və detallı bir məlumatı sizin ixtiyarınıza təqdim edir.
Xüsusi hesablama sistemi, xüsusi alqorritm hesablama texnikası və elmi araşdırmalardan istifadə olunaraq şirkətinizin doğru idarə olunması sxemi tərtib olunur. Firmanızın psixoloji vəziyyətini, iş qabliyyəti analizini, güclü, inkişafa meylli və riskli tərəflərini analiz edib sizə ətraflı məlumat təqdim edir.

HR rəhbərlərinə vakansiya üçün müraciət edənlər haqqında qərar qəbul etmədə əhəmiyyətli dəstəyi təmin edir. İşə qəbul zamanı yalnış qərar verilməsinin, iş yerlərində mövcud sabitliyin pozulmasının və işçi itirilməsinin qarşısını alır. Yüzlərlə CV təhlilinə və görüşlərə ehtiyac qalmadan, sizə uyğun namizəd seçiminə kömək edir. Namizədlərin şəxsi psixoloji vəziyyəti, fərdi keyfiyyətləri, şirkətə və komanda işlərinə uyğunluğu və s. kimi xüsusiyyətlərini sizin üçün müəyyənləşdirir. Subyektiv yanaşma ehtimalı olan işə qəbul proseslərinin qarşısını alaraq potensial riskləri minimuma endirir. Sizin üçün hazırlanan texniki hesablamalardan sonra, hədəfə çatmaq və namizədlər arasından doğru kadrları seçmək sizin öhdənizə qalır.
Müəssisələr üçün faydaları:
*Qurum daxili münasibət və iş qabliyyətini analiz edir.
*Rəhbər və işçi uyğunluğunu müəyyən edir.
*İşçilərin şirkətə uyğunluğunu müəyyən edir.
*İşçilərin struktur, departament və şöbəyə uyğunluğunu müəyyən edir.
*İşçilərin korporativ uyğunluğunu müəyyən edir.
*İşçilərin inkişaf göstəricilərini müəyyən edir.
*İşçilərin karyera uyğunluğunu müəyyən edir.
*İşçilərin motivasiya etmə, mükafatlandırma, qiymətləndirmə istiqamətlərini müəyyən edir.
*Quruma pozitivlik qatan və ya enerjini bloklayan işçilər haqqında məlumat verir.
*Qurumun güclü tərəflərinin xəritəsini müəyyən edir.
*Qurumun zəif tərəflərinin xəritəsini müəyyən edir.
*Hər bir işçini test edərək 25-30 səhifədən ibarət detallı nəticə təqdim edir.
*Sabitliyi pozan və ya qurumu inkişaf etdirən insan resursları haqqında nəticəni təqdim edir.
*İnsan resursları mütəxəssisinə khow–how verir. İnsan tanıma sənətinin istifadə bacarıqlarını artırır.
*Qurumun daxili stressinin idarə edilməsinə dair göstəriciləri müəyyən edir.
*İşə qəbul prosesində effektiv istifadə edilə biləcək məlumat bazası formalaşırdırır.
*İşçilərin OECD-ə uyğun bacarıqlarını müqayisə edir.
*İşçilərin 360 dərəcə psixoloji xəritəsini hazırlayır.