Persona 360 Məktəb

Persona 360, kompüter alqoritmi ilə işləyən, Mizac-Ennegram modelinə əsaslanaraq insan xarakterini açan, məktəb ekosistem analizi və təhsil dəyərələndirməsi sistemidir.
Persona 360 Mizac-Ennegram modelinə əlavə olaraq istifadə olunan 220 alt test parametri ilə məktəb, müəllim, valideyn və şagirdlərinizi çoxtərəfli analiz edir.
Elmi araşdırmalar və xüsusi statistik modellərlə bu analizlər tamamilə online aparılır. Həmçinin smart sorğu texnologiyasından istifadə edərək, bənzərlərindən fərqli olaraq, qısa müddətdə daha geniş və detallı məlumat verir.
Enn Məktəb nə vəd edir?
Enn Məktəb fərdi və korporativ istifadə üçün şagirdə, ailəyə, sinif rəhbərinə və müəllimlərə, məktəb idarə heyətinə elektron (kompüter, distant və ya ənənəvi və.s) formada pilləli professional yanaşma və psixoloji dəstək xidmətləri üçün təşkil olunmuşdur.
Yəni Enn Məktəb, fərdi özünü tanıma və anlama testi olmaqla yanaşı, məktəblər və şagirdlər tərəfindən də istifadə oluna bilər. Enn Məktəb, eyni zamanda məktəb idarə sisteminə inteqrasiya olunmuş proqramdır.
Enn Məktəb sistemində müsbət yanaşma tərzi ilə şəxsin/şagirdin akademik və təhsil səmərəliliyinin artırılması, dəstəklənməsi əsas prioritetdir. Şəxs təhsil və fərdi inkişafla əlaqəli suallara, problemlərə birbaşa və tam cavab tapmış olur.
Enn Məktəb, özünü tanıma, məlumatlandırma və potensial problemləri araşdırmaq üçün fərdi ölçülər və modellər təqdim edir.
Şəxsi parametrlər; depressiya, hiperaktivlik, qorxu-narahatlıq, sosial yetərsizlik, özünə nəzarət və dəstək qavrayışı kimi onlarla məsələni təhlil edir.
Akademik ölçülərlə; öyrənmə üslubları, akademik özgüvənlilik, zamanın idarə olunması, öyrənmə motivasiyası, imtahan həyəcanı, akademik təxirə salma kimi onlarla parametri təhlil edir.
Peşəkar ölçülərlə; Peşəkar maraq, peşə bacarığı, dəyərlər və ilkin davranışlar kimi onlarla parametri təhlil edir.

Enn Məktəbin şagirdlərə töhfələri nələrdir?
- Xarakter və fərdi xüsusiyyətləri kəşf etmə
- İnkişaf üçün şəxsiyyət oriyentasiyasından düzgün istifadə
- İstənməyən davranışları idarə etmək qabiliyyətinin inkişafı
- Unikal və aktiv öyrənmə yollarınının kəşfi
- Uğursuzluqların və öyrənmə çətinliklərinin səbəblərini tapmaq
- Akademik və təhsil problemlərini tanımaq, onları öz xüsusiyyətləri ilə əlaqələndirmək və onların öhdəsindən gələ bilmək
- Ehtiyac olan hər sahədə və vaxtında təhsil, sosial və fərdi dəstək almaq bacarığı
- Ailə və məktəb daxilində harmoniyanı artıra bilmək
- Enn Məktəb ölçmə və araşdırma sistemi ilə şagirdin fərdi xüsusiyyətlərinin, güclü və zəif tərəflərinin tanınması
- Öyrənmə metodları haqqında bacarıqların inkişafı
- Narahatlığı (imtahan, qərar qəbul etmə və s.) və qorxuları azaltmaq bacarığı
- Karyera oriyentasiyası və rəhbərliyi
- Şəxsi xüsusiyyətlərinə və qabiliyyətlərinə görə karyera planının tərtib edilməsi
Enn Məktəbin ailələrə töhfəsi nələrdir?
- Ailə fərdləri arasında uyğunluq modelini təyin etmək; ailəyə övladlarının daha sağlam və uğurlu olması üçün veriləcək töhfələrin müəyyənləşdirmək
- Uşaqlarının xarakter və mizac quruluşunu təyin edərək, onların güclü və zəif tərəflərini kəşf etmək
- Problemli davranışların həlli və şagirdlərin təhsili üçün ailənin məsuliyyətinin təyin etmək
- Təhsil prosesinə düzgün yanaşma və təcrübələr haqqında məlumat əldə etmək
- Övladları haqqında sürətli, etibarlı və dərhal əlçatan ölçmə və dəstək rəhbərliyi sisteminə sahib olmaq
- Bütün təhsil və xarakter xüsusiyyətlərini birgə dəyərləndirib, uğurlu nəticələr əldə etmək üçün texnologiyadan istifadə etmək
- Valideyn və tələbə profilinin təhlili. İstifadə edilə biləcək güclü tərəflər, həll edilməsi önəmli olan məqamlar və müdaxilənin tətbiqi
- Valideyn kimi məktəbə qoşulmaq və övladları ilə birlikdə “Mükəmməl Valideyn” diplomu almaq
Enn Məktəbin məktəb psixoloqlarına və müəllimlərə töhfəsi nələrdir?
- Şəxsi tanımaq üçün sürətli və təsirli bir yanaşmaya sahib olmaq
- Təxminən 220-yə yaxın sahə üzrə cari ölçü vahidlərinə sürətli və effektiv şəkildə çatmaq
- Fərqli şəxsi tanıma üsullarından istifadə edən bir proqram və Enn Məktəb tərəfindən avtomatik olaraq idarə olunan statistik modellə əlaqəli şərh
- Şəxsə təqdim edilən məlumat əsasında təsirli və praktik müdaxilə proqramlarının hazırlanması
- Nəzarət dəstəyi ilə sürətli inkişafa nail olmaq. Avtomatlaşdırma sayəsində vaxta qənaət etməklə, təklif olunan fəaliyyətlərlə sürətli davranış dəyişikliyini təmin etmək
- Bir toxunuşla (click) hesabat, görüş və məlumat əldə etmək
- Tək bir toxunuşla şagirdlərin illər ərzindəki inkişaf ritmini analiz etmək
- Ailələrə effektiv məsləhətlər verməklə know-how əldə etmək
- Sürətli, dəqiq ölçmə və diaqnoz
- Şagirdlər haqqında əldə edilən detallı məlumatların incələnərək şagird, ailə, sinif rəhbəri və məktəb idarə heyətinə sistemli şəkildə ötürülməsi
- Şagirdin xüsusiyyətlərini və ölçü modellərini tərtib etmək (bütün alt modullardan)
- Peşə yönümlü inventarların tətbiqi
- Tələbə ilə birlikdə həyata keçirilən peşə seçimi və ya məsləhət praktikası üçün asanlıqla hazırlanacaq məlumat infrastrukturu
Enn Məktəbin məktəblərə verdiyi töhfələr nədir?
- Təhsildə rəqabət
- Təhsildə davamlılıq
- Şagirdin təhsildə inkişafını ailəyə dolğun və obyektiv təqdim etmək
- Təhsildə əlçatanlılıq
- Ennschool 360 tələbə nəticələrini qiymətləndirərkən, region daxilində keçirilən liseylərə qəbul imtahanlarının nəticələrini və tələbə tərəfindən təyin olunan meyarları müqayisə edib təkliflər verə bilər.
- Enn Məktəb 360 ilə şöbə, sinif tərtibatına və ya cinsə görə istənilən hesabat bir toxunuşla (click) əldə edilə bilər.
- Rəhbərlik işlərinin daha effektiv tətbiqi nəticəsində təhsil və təlim fəaliyyətləri daha təsirli bir şəkildə planlaşdırılır
- Müəllimlər fəaliyyətlərini idarə heyətinin iclaslarına yönəldərək lazımi məlumatları effektiv şəkildə təqdim edirlər
- Ucuz, asanlıqla əldə edilə bilən arxiv xidmətləri təqdim edir
- Enn Məktəb sayəsində bütün məktəb məsləhətçiləri arasında veb əsaslı bir koordinasiya şəbəkəsi qurulacaqdır. Bu şəkildə təhsilin keyfiyyəti artırılır
- Strateji planlaşdırma və performans göstəricilərinin obyektiv qiymətləndirilə biləcəyi bir məlumat infrastrukturu təmin edilir.