Xidmətlərimiz

Persona 360

Image Description

Persona 360, sizə məxsus xüsusi kompüter alqoritmi ilə işləyən,  Mizac-Enneagram modelli, insan xarakterini müəyyənləşdirən və dəyərləndirən sistemdir. 

Persona 360 Mizac-Enneagram modelinə əlavə olaraq, 280 alt test parametrindən  istifadə edərək, sizin xarakter və inkişaf xüsusiyyətlərinizi dərinliyinə kimi analiz edir.

Elmi araşdırmalar və xüsusi statistika modelləri əsasında bu analizlər tamamilə online aparılır. Həmçinin, smart sorğu texnalogiyasından istifadə edildiyi üçün buna bənzər test modellərindən daha sürətli, geniş və dəqiq məlumatlar verir. 

Xüsusi ölçmə və alqoritm hesablama texnikası və qəbul edilmiş elmi araşdırma modellərindən istifadə edərək uşaqlar, valideynlər və yetkin insanlar üçün güvənə biləcəkləri, hərtərəfli fərdi və psixoloji keyfiyyətlərdən ibarət nəticələr hazırlayır.

Gənclərin sağlam psixologiyada yetişdirilməsi üçün Mizac-Enneagram modelini istifadə edən Persona 360, istifadəçilərin özlərini doğru tanımalarına və anlamalarına rəhbərlik edən, şəxsi inkişafa dəstək verən məhsuldur. 

Övladınızın inkişaf sxemini müəyyən edərək, bütün ailə ekosistemini (ana, ata, bacı, qardaş, müəllim) hərtərəfli formada analiz edə bilərsiniz.

Ailə üzvləri ilə uyğunluğu müəyyənləşdirdikdən sonra onlar arasında daha sağlam və dinamik münasibət modeli yaratmaq mümkündür. 

Persona 360, bu baxımdan ailəniz və özünüzlə bağlı lazımsız qayğılardan xilas olmağınıza kömək edərək sizə real nəticələr təqdim edəcəkdir. 

Persona 360 sistemi, mövcud vəziyyətdə atmalı olduğunuz addımlar və diqqət etməli olduğunuz məqamlara aid məsləhətlər verir və sizə uyğun nəzarət dəstəyi formalaşdırır. 

Nəhayət, verilən məlumatlara əsaslanaraq daha xoşbəxt və uğurlu bir gələcək üçün güvənli, obyektiv dəyərləndirmələr vasitəsilə ailəniz barəsində sağlam addımlar ata biləcəksiniz.

Dünyanın harasında olmağınızdan asılı olmayaraq Persona 360 mütəxəssislərindən almaq istədiyiniz məsləhətləri müasir texnologiya və proqram təminatı vasitəsilə dərhal əldə edə bilərsiniz. 

Testlər nəticəsində hər bir şəxs xüsusi hazırlanmış, təxminən 50 səhifəlik məlumat əldə ediləcəkdir.

Xarakter xüsusiyyətlərinizi, güclü və zəif tərəflərinizi dəyərləndirən bu məlumatları həyatınızın hər məqamında istifadə edə bilərsiniz. Nəticələr sizə məxsus xüsusi inkişaf etdirici təkliflər və dəstəkverici məlumatlar verir. 

Persona 360 proqram sistemini istifadə edən hər 100 nəfərdən 95-i bu testin 90-95% onları doğru ifadə etdiyini bildirirlər.

Qısası Persona 360:

  • Sizə fərqində olduğunuz və olmadığınız davranışlarınızın mənbələri haqqında detallı və obyektiv məlumatlar verir. 
  • Uşaqlarınızın mizac və şəxsi inkişafını analiz edərək, onları doğru istiqamətdə böyütməyiniz üçün sizə yol göstərir.
  • Sağlam inkişaf üçün həyat problemlərinə qarşı daha doğru mübarizə aparmaqda sizə xas məsləhətlər verir.
  • Davranışlarınızı kontrol etmək, özünüzü daha dərindən tanıya bilmək və ifadə etməyiniz üçün yol xəritəsi çəkir.
  • Daha doğru evlilik və ailə həyatı üçün inkişaf etdirməli olduğunuz tərəflərinizi və bunu necə edə biləcəyinizi açıqlayır.
  • Daha sağlam münasibət qurmaq və daha xoşbəxt olmaq üçün sizə özəl məsləhətlər verir.
  • Karyera inkişafı və ixtisas seçimində sizə tutarlı məlumatlar verir.

Daha xoşbəxt və daha pozitiv bir həyat üçün Persona 360 testindən keçməyi və professional mütəxəssislərimizdən dəstək almağı unutmayın. 

Persona 360 genis bir test sisteminin adıdır.
Bu sistem; Enn Persona, Enn Ailə, Enn Akademiya, Enn Karyera ölçmə sistemlərindən ibarətdir.