Persona 360

Persona 360 nədir?

Image Description

Persona 360; Xüsusi kompüter alqoritmi ilə işləyən Mizac-Enneagram modelli, insan xarakterini müəyyənləşdirən və dəyərləndirən sistemdir. 

Persona 360; Mizac-Enneagram modeli əsasında 280 parametrdən istifadə edərək, sizin xarakter və inkişaf xüsusiyyətlərinizi dərindən analiz edir. 

Testlər fərdin şəxsi keyfiyyətləri və psixoloji vəziyyəti ilə bağlı təhlillər aparır. 

Elmi araşdırmalar və xüsusi statistika modelləri əsasında bu təhlillər tamamilə online şəkildə həyata keçirilir. Həmçinin, smart sorğu texnologiyasından istifadə edildiyi üçün buna bənzər test modellərindən daha sürətli, geniş və dəqiq məlumatlar verir. 

Persona 360, istifadəçilərin özlərini doğru tanımalarına və anlamalarına rəhbərlik edən, şəxsi inkişafa dəstək verən məhsuldur. 

Testlər nəticəsində istifadəçi şəxsə özəl təxminən 50 səhifəlik hesabat əldə edir.

Enneagram modelli Persona 360 insanlara mizac quruluşlarını, əsas axtarışlarını, ehtiyaclarını, çəkindikləri vəziyyətləri, reaksiyalarının səbəblərini, inkişaf mərhələlərini, stress yaradan və ya rahatlaşdıran halları, bu məqamlarda necə davranmalı olduqlarını yaxşı anlamağa kömək edir. Bu model ilə insanlar həm öz, həm də həmsöhbətlərinin mizac quruluşlarını dərk edərək əlaqələrini daha doğru bir əsas üzərində qura bilərlər. Respondentlərin həyata baxışını və bacarıqlarını bilmək, onlara sağlam ünsiyyəti inkişaf etdirməyə də imkan verəcəkdir. Enneagram modelinin verdiyi bu imkanlardan iş həyatında səmərəliliyi və harmoniyanı artırmaq üçün də istifadə edilə bilər. Bir sözlə, bu model insanların psixoloji əsaslarını tanımağa, potensialları və risklərindən xəbərdar olmağa, fərqli mizac xüsusiyyətləri olan insanları anlamağa və hiss etməyə, bununla da ünsiyyət bacarıqlarını inkişaf etdirməyə, motivasiyasını artırmağa, səhvlərini minimuma endirməyə kömək edir.

“Persona 360 özünüzü hər baxımdan daha yaxşı tanımağınız və potensialınızı inkişaf etdirməyiniz, şəxsi risklərinizi azaltmaqla və özünüz haqqında məlumatlı olmaqla həyat tarazlığına nail olmağınız üçün hazırlanmışdır”.

Mizac Tipləri Haqqında

Enneagram fiziki, duyğu ve ağıl  təməlinə söykənən doqquz fərqli mizac qurluşu ilə  insanları ələ alaraq incələyir. Bu modelə görə, mizac anadangəlmə və həyatı boyu dəyişməyən xüsusiyyətlərdən ibarət olan struktur nüvədir. İnsanların şəxsiyyətini ətraflı şəkildə analiz edə bilmək üçün, ilk öncə anlamalıyıq ki, bu quruluş anadangəlmədir.

Enneagram modelində 9 fərqli mizac quruluşu var.

Mizacın əsas anlayışları:

Əsas Mizac: Bu şəxsin əsasən istifadə etdiyi mizac quruluşudur. 

Qanad Mizac: İnsanın əsas mizac quruluşuna əlavə olaraq, ikinci dərəcəli təsir edən mizac quruluşu.

Stress xətti: Şəxs stressə məruz qaldıqda və əsas mizacın imkanları ilə bu problem aradan qaldırılmadığı zaman; Əsas mizac quruluşundan fərqli olan mizac quruluşunun qeyri-sağlam vəziyyətini nümayiş etdirir.

 Rahat xətti: Şəxs əsas axtarışlarına qismən çatdıqda və qorxuları mövzusunda özünü güvəndə hiss etdikdə, əsas mizac quruluşundan fərqli olan mizac quruluşunun sağlam vəziyyətini əks etdirir.

“Bütün mizac tiplərinin ən təbii formasında pis və mənfi heçnə yoxdur. Ancaq bəzi potensial risklər daşıya bilər. “