Xidmətlərimiz

Persona 360 Karyera

Image Description

Persona 360 Karyera sizə nə verir?

Karyera seçiminin geri dönüşü yoxdur. Bu sahədə ediləcək hər bir səhv illərin, ömrün və maddi qazancların boşa getməsinə səbəb ola bilər. 

Dünyada ixtisaslar sürətlə dəyişir və inkişaf edir. Bəzən insanlar ixtisaslarını dəyişərək ilk peşələrindən deyil, başqa sahələrdən təqaüdə çıxa bilərlər.

Xarakterimə, mizacıma, ümuiyyətlə mənə ən çox uyğun olan peşə və ya peşələr hansılardır?

Məni indi qane edən peşə gələcəkdə də məni xoşbəxt edəcəkmi?

Mənim üçün uyğun olan və gələcəkdə də uğurla davam etdirə biləcəyim ixtisas seçimimə doğru istiqamət verəcək yanaşma varmı? 

Valideynlərimin mənim peşə seçimində fikirləri və təzyiqləri olur, onlar bu mövzuda doğru qərar verə bilərlərmi?

Gələcəkdə karyera qurmağım üçün verdiyim qərarlarımdan tam əmin ola bilərəmmi?

Maraq dairələrim məni yanılda bilərmi? Bir müddət sonra başqa mövzularda olduğu kimi ixtisas seçimindəki maraqlarım da keçici ola bilərmi?

Hansı fərqli bacarıqlarımın olduğunu və buna uyğun doğru ixtisas seçimimi necə öyrənə bilərəm?

Xaricdəki təhsil fürsətlərim hansılardır? Mənə bu mövzuda məsləhət verə biləcək mütəxəssislər varmı?

Xarakterimə ən çox uyğun olan və davamlı ola biləcəyim ixtisas hansıdır?