Enneagram tipləri

Enneagram tipləri

Image Description

Mizac-1

“Mükəmməlliyi hədəfləməyin. Dünəndən daha yaxşı olmağı hədəfləyin. “
 – Izey Victoria Odiase

Bu mizac tipinə sahib olan insanlar mükəmməl olmaq, islahatçı və sistemli düşüncə tərzi ilə yaşayırlar. Qüsursuz davranmaq, tənqid edilə biləcək davranışlardan uzaq olmaq və əxlaq qaydalarına zidd olmamaq üçün davamlı olaraq özlərinə nəzarət edirlər.

Mizac 1: Qüsursuzluq axtaran mizac tipi:

Maksimalist
Kontrollu
Soyuqqanlı
Təmizkar
Səliqəli
Gərgin
Hirsli
Qatı

İdealist
Prinsipial
Ədalətli
Sabit
Rasional
Disiplinli
Dürüst
Əzmli
Səliqəli

Sistematik
Xırdaçı
Müqayisə edən
Təsnifatlandıran

Metodik

Mizac-2

“Hər gün bir xəyal ilə oyan”
Bu mizac tipinə sahib olan insanlar mehriban, kömək etməyi sevən, dostcanlıdırlar. olan uşaqlar və böyüklər üçün kifayət qədər dəyərləndirilməmək və sevilməmək həm narahatlıqlarının səbəbi, həm də motivasiya mənbəyidir. Başqalarından fədakarlıq gözləmək və təstiq almaq onlar üçün çox vacibdir.

Mizac 2: Duyğuları hiss etməyi axtaran tip:

Münasibət yönümlü
Ekstravert
Danışqan
Manipulyativ
Dostcanlı
Özündən verən


İstiqanlı
Səmimi
Fədakar
Diqqət çəkən
Ətrafdan təsirlənən

Sevgi dolu
Duyğusal
Kövrək
Yardımsevər
Qürurlu
Küsəyən

Mizac-3

“Bəzən özümə güzgüdə baxıram və təəccüblənirəm. Necə bu qədər möhtəşəm oldum? “

Bu mizac tipinə sahib fərdlər müvəffəq olmağa, irəlidə olmağa və özlərini pozitiv göstərməyə meyillidirlər. Onların ən böyük qorxuları rəqabətdə məğlub olmaq, nəzərə çarpmamaq və kifayət qədər diqqət görməməkdir.

Mizac 3: Heyran olunacaq imic yaratmağı sevən tip:

Uğura köklənən
Status arxasınca qaçan
Hədəfinə bağlı
Karyera yönümlü
Praktik
Mənfəətçi


Hirsli
İşgüzar
Çalışqan
Sosial

Duyğuları görməzdən gəlmə
Motivator
Praqmatik
Adaptasiya olan
Hiyləgər

Mizac-4

“Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir.”

-Holley

Bu mizac tipinə sahib fərdlər yüksək estetik qabiliyyətli, həssas və introvertdirlər. Onların duyğuları tez-tez dəyişir. Kənardan baxanda nə düşündüyünü və hiss etdiyini asanlıqla bilmək olmur. Melanxolik, sənətsevər, duyğusal və romantik insanlardır. Onların ən böyük qorxusu özlərini kifayət qədər bacarıqlı hiss etməməkdir. Nə istədiyini dəqiq bilməmək, duyğusal boşluqda olmaq, məhrumiyyət hissi onları çox düşündürür.

Mizac 4: Duyğularının mənasını axtaran tip:

Orijinal
Təbii
Özünəməxsus
Şəxsiyyət axtarışında olan
Qeyri-adi
İncəsənət meyilli
Dizayner

Empatik
Həssas
Səmimi
Mərhəmətli
Paxıl


Həddən artıq duyğusallmə
Romantik
Həssas
Melanxolik
Şövqlü

Mizac-5

“Dünya onu hiss etməyənlərə aiddir.”
-Fernando Pessoa

Bu mizac tipinə sahib fərdlər məsafəli davramağı sevən, düşüncəli, tədqiqatçı ruhlu və olduqca realistdirlər. Bilməyə və öyrənməyə çox maraqlıdırlar. Duyğularını yaşamaq və ifadə etməkdən çəkinirlər. Öz əşyalarını saxlamağa, qorumağa meyilli, bəzən gələcəyə dair neqativ düşüncəyə sahibdirlər.

Mizac 5: Elmin yolunu axtaran tip:

Analitik müşahidəçi
Dərin maraq
Tədqiqatçı
Obyektiv
Şübhəci
Tamamilə rasional
İxtisaslaşan

Antisosial
İntrovert
Səssiz
Soyuqqanlı
Məsafəli
Fiziki yaxınlıqdan qaçan
Paylaşmağı sevməyən
Duyğudan məhrum

Mizac-6

“Xəstəlik bədənin həbsidir, narahatlıq isə ruhun”.

Bu mizac tipinə sahib olan insanlar mümkün qədər balanslı olmağa çalışan və vəzifələrini yerinə yetirməyə məsuliyyətli insanlardır. Etibarlı insanlar kimi davranırlar və həyatda hər şeyə nəzarət etmək qabiliyyətləri yüksəkdir. Təhlükə və risklərdən uzaq olmaq istəyirlər. Bir sözlə, ədalətli və etibarlı olmaq onlar üçün prioritetdir.

Altıncı mizac tipinə aid olanlar başqasına etibar etməkdə və qərar qəbul etməkdə çətinlik çəkirlər. Bağlanacaqları və dəstək alacaqları birisi yoxdursa, həyat onlar üçün çətinləşir.

Mizac 6: İntellektual sükunət axtaran tip:

Nəzarətçi
Güvənli
Müxalif
Qərarsız
Əmin olmayan
Səliqəli
Bütün ehtimalları düşünən
Obsessiv

Güvən verən
Rəngini bəlli etməyən
Sədaqətə önəm verən
Narahat
Gizli
Tədbirli
Güvənsiz
Bədbin

Mizac-7

“Bizi xoşbəxt edən bir şeyə sahib olmaq deyil, ondan zövq almaq lazımdır”.
-Montaigne

Bu mizac tipinə sahib olan insanlar hərəkətli, diqqətləri tez dağılan, dəyişməyi sevən, mülayim və hər andan zövq almağı bacaran insanlardır.
Məhdudlaşdırılmaq, eyni işləri görmək və əziyyət çəkmək onların ən böyük qorxusudur.

Mizac 7: Kəşf etməyin həzzini axtaran tip:

Hər şeylə maraqlanan
Çox hərəkətli
Ekstravert
Səbirsiz
Tez sıxılan
Həyəcan axtaran
Diqqəti dağınıq
Fikirləri dağınıq

Sıxıntıdan qaçan
Şən
Çox danışan
Əyləncə düşkünü
Dağınıq
Xəyalpərəst
Nikbin
İsrafçı

Yeniliyə açıqlıq
Məhdudiyyətdən qaçan
Tez münasibət quran
Yaradıcı
Uzaqgörən
İnnovativ
Ünsiyyətcil

Mizac-8

“Saatı izləmə, saat kimi irəliləməyə davam et”.

Bu mizac tipinə sahib olan insanlar başqalarını yönləndirən, yol göstərən, rəhbərlik edən, meydan oxuyan, güclü olmağı və elə görünməyi sevən insanlardır. Onların ən böyük qorxuları təhdid edilmək, gözardı edilmək, çarəsizlik və nəzarətdə saxlanılmaqdır.

Mizac 8: Mütləq güc axtaran tip:

Qabaqcıl

Mərd

Ünsiyyətcil
Hərəkətli
Özündən əmin
Cəsur
Dözümlü

Hökm edən
Tez parlayan

İdarə edici
Möhtəşəm
Müdaxilə edən
Avtoritar


Sərt
Qatı
Hirsli
Despot
Davakar

Mizac-9

“Gözlədiyim adamın özüm olduğumu başa düşənə qədər dayanıb kimlərinsə nəsə etməsini gözləyirdim”.

– Markus Zusak

Bu mizac tipinə sahib olan insanlar sülhsevər və bitərəfdirlər. İtirmək, ayrılıq və ölüm bu insanların ən böyük qorxularıdır.

Mizac 9: Hərəkətlilik axtaran tip:

Münaqişədən qaçan      
Müdaxilə etməyən
Hirsini basdıran
Yox deyə bilməyən
Sakit
Yolagedən
Səbirli
Passiv


Sülhsevər
Mülayim
Utancaq
Yumuşaq
Elastik


Rahatılığına düşgün
Rutini sevən
Təxirə salan
Axışına buraxan